"Qarabağ" və Premyer Liqanın daha 2 təmsilçisi yeni komanda yaradır

27 May 2023 08:30 Basketbol 3 237
"Qarabağ" və Premyer Liqanın daha 2 təmsilçisi yeni komanda yaradır

2019-cu ildə yarımçıq dayandırılmış basketbol üzrə Azərbaycan çempionatı 2022-ci ildə bərpa edildi.

Sportinfo.az xəbər verir ki, 8 komandadan ibarət liqanın qalibi hələ ki, müyyənləşməyib.

"Sabah" və "Gəncə" klublarının final seriyasında birincilər hazırda 2:1 hesabı ilə öndədir.

Sportal.az-a verilən məlumata görə, yeni mövsümdən basketbol liqasında komandaların sayı artırılacaq.

Maraqlı məqam isə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların basketbol liqasında da təmsil olunmaq ehtimalıdır.

İddiaya görə, basketbol üzrə Azərbaycan çempionatında yeni mövsümdən "Qarabağ", "Turan Tovuz" və "Sumqayıt" klubları təmsil oluna bilər.

Yaxın günlərdə adıçəkilən komandaların yeni mövsüm basketbol çempionatında mübarizə aparıb-aparmayacağı dəqiqləşəcək.

Belə ki, ölkə çempionunun adına aydınlıq gəldikdən sonra federasiyanın iclasında 2023/2024 mövümündə yüksək liqada hansı komandaların olacağı konkretləşəcək.

Bu mövsüm liqada "Sabah", "Gəncə", "AAAF Xırdalan", NTD, "Neftçi" İK, "Olimpik Şəki", "Zirvə Astara", "Sərhədçi" klubları çıxış edirdi.

Çempionatda mübarizə aparan klublara Azərbaycan Basketbol Federasiyası tərəfindən maliyyə ayrılır.

Xəbər Lenti