"Səbail" "Keşlə" görüşündə qarşılıqlı əsgər salamı

17 Oktyabr 2020 16:42 Azərbaycan Futbolu 773
"Səbail" "Keşlə" görüşündə qarşılıqlı əsgər salamı

Azərbaycan Premyer Liqasının VI turunda keçirilən “Səbail” – “Keşlə” matçında ardıcıl iki qol qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, matçın 49-cu dəqiqədə qonaqlardan Rəhman Hacıyev, cəmi 2 dəqiqə sonra isə Bahadur Həziyev fərqlənib.

Hər iki futbolçu qol sevincini əsgər salamı verərək yaşayıb. Onlara həmçinin komanda yoldaşları da qoşularaq, vurulan qolları Dağlıq Qarabağda torpaqlarımızı işğal altından xilas etməyə çalışan Azərbaycan Ordusuna həsr ediblər.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən matçda hesab 1:1-dir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM