UEFA-dan Bakı ilə bağlı VACİB AÇIQLAMA

14 Oktyabr 2020 23:00 Azərbaycan Futbolu 998
UEFA-dan Bakı ilə bağlı VACİB AÇIQLAMA

UEFA prezidenti Aleksander Ceferin Qarabağ münqaişəsi ilə bağlı fikrini bildirib.

Sportinfo.az xəbər verir ki, Ceferin hadisələrin gedişini izlədiklərini deyib.

O, AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək Bakı ilə bağlı da mövqeyini bildirib:

“Hələ ki, hadisələrin gedişini izləyirik. Amma bu məsələdə təfərrüata çox da varmırıq. Çünki biz siyasi təşkilat deyilik. Siyasi mübarizəyə də qoşulmaq niyyətimiz yoxdur. Ümid edirəm ki, münaqişə tezliklə yekunlaşacaq.

UEFA Avropa çempionatının oyunlarını n keçirilmə yerini dəyişə bilərmi? Biz qarşılaşmaları 12, 111, 10, 3, hətta 1 ölkədə də keçirə bilərik.

Amma problem ondadır ki, turnirin bu formatda keçirilməsi üçün hər şey hazırdır. İndiki məqamda nəyisə dəyişmək böyük qüvvə tələb edir”.

Xəbər Lenti