Nağıyevə xal verdilər - VİDEO

3 Avqust 2020 10:24 Azərbaycan Futbolu 1 003
Nağıyevə xal verdilər - VİDEO

Moldova çempionatında 7-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Zimbru” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM