Azərbaycanlıı hücumçu I Liqa klubunda "od saçır"

2 Avqust 2020 00:42 Azərbaycan Futbolu 1 294
Azərbaycanlıı hücumçu I Liqa klubunda "od saçır"

Latviya 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Saldus” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:1.

Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu sonadək mübarizə aparıb. Əsgərov bu görüşdə dubla imza atıb.

72-ci dəqiqədə özünün ilk qolunu vuran forvard 90+1-ci dəqiqədə penaltidən fərqlənməklə “Super Nova”da bu mövsüm vurduğu qolların sayını 3-ə çatdırıb.

5 oyuna 10 xal toplamış “Super Nova” 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”