Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO

14 İyul 07:20 Hadisə 993
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO

Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və həyat yoldaşı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər.

Cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada getməyi əhd edibmiş.

Məlumata görə, Y.Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya köçüb. Ailəlidir, iki övladı var.

Y.Nəcəfov və B.Nəcəfova əhdini yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıb. Onlar təxminən 418 kilometr məsafəni piyada qət edərək Laçına çatmağı bacarıblar.

Cütlüyün Laçına piyada yürüşü ilə bağlı videonu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!