Həbsdə olan millimizin oyunçuları azadlığa buraxılacaq?

1 Aprel 2020 10:52 Azərbaycan Futbolu 826
Həbsdə olan millimizin oyunçuları azadlığa buraxılacaq?

Bilindiyi kimi, Azərbaycanda iki məşhur idmançı idman oyunlarında manipulyasiya etdiklərinə görə həbs edilib.

Ötən ilin dekabr ayında Azərbaycanın basketbol üzrə yığmasının kapitanı Həmzəyev Amil İlyas oğlu və Regional Liqada mübarizə aparan "Uğur”un futbolçusu Cəmşid Şakir oğlu Məhərrəmov Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. İstintaq zamanı hər iki şəxsin danışılmış oyunlarda iştirakı aşkarlanıb.

Həmzəyev Amil İlyas oğlunun vəkili Zaur Niftəliyevin "Yeni Sabah”a verdiyi məlumata görə, ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq, hər iki idmançının ev dustağlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edilib.

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə onların ev dustaqlığına buraxılıb-buraxılmaması məsələsinə baxılacaq.

Hər iki idmançı ölkə ictimaiyyətinə kifayət qədər tanınmış şəxslərdir. Odur ki, onlarla bağlı hər yenip xəbər ciddi rezonans doğurur.

Sportinfo.az-ın məlumatına görə, cütlük hazırda Kürdəxanıda - İstintaq Təcridxanasında saxlanılır. Onlar barəsində 4 aylıq həbs qəti imkanı tədbiri seçilib. Bundan əvvəl onların zaminə buraxılmaq istədikləri, lakin bu vəsatətin təmin olunmadığı söylənilir.

Qeyri-rəsmi xəbərlərə görə, onların həbsi I Divizionla əlaqələdir. Belə ki, Cəmşidlə Amilin aşağı dəstə klublarını «nəzarət»ə götürməsinə dair ciddi şübhələr var.

Divizionda çıxış edən komandaların 50-yə yaxın funksioner, məşqçi və futbolçusunun ömürlük futboldan uzaqlaşdırılması barədə AFFA-nın verdiyi qərarın onlarla bağlı olması deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!