Yığmamızın üzvü ərəbləri ona əl çalmağa məcbur etdi - VİDEO

22 Fevral 2020 00:42 Azərbaycan Futbolu 1 064
Yığmamızın üzvü ərəbləri ona əl çalmağa məcbur etdi - VİDEO

Qış fasiləsində "Qarabağ"ı Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna dəyişən Riçard Almeyda yeni komandasının heyətində bu gün növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yerli "Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli" klubu ilə keçirilən matçın iştirakçısı olub.

Rəqibini 1:0 hesabı ilə məğlub edən "Baniyas" adını yarımfinala yazdırıb. Qarşılaşmada yeganə qolu məhz Almeyda vurub. 31 yaşlı futbolçu ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənib.

"Baniyas" yarımfinalda "Əl-Dəfra" - "Əl-Cəzirə" cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti