Elvinin qiyməti bahalaşdı, ”Qarabağ”dan daha bir ulduz getdi, “Neftçi”dən nə xəbər? - VİDEO

Elvinin qiyməti bahalaşdı, ”Qarabağ”dan daha bir ulduz getdi, “Neftçi”dən nə xəbər? - VİDEO

“Sportinfo TV”də yayımlanan “Sport Xəbər”in növbəti buraxılışı efirə gedib.

Burada bir neçə maraqlı məlumat izləyicilərin diqqətinə çatdırılıb.

Xəbər verilib ki, Leanlro Andradenin «Qarabağ»da keçirdiyi günlər başa çatıb. Kabo-verdeli yarımmüdafiəçi 2022-ci top qovduğu Azərbaycanı başqa ölkəyə dəyişmək qərarına gəlib.

Həmin ölkənin adı isə hər nə qədər qəribə səslənsə də, Ukraynadır.

O, məhz daha çox pul qazanmaq niyyəti ilə müharibə şəraitində olan ölkəyə yollanmağa razılıq verib. Həmin klubun adı “Polessye”dir.

Xəbər blokunda Elvin Cəfərquliyevin də adı keçib.

Bildirilib ki, iki ay öncə «Qarabağ»ın əsas komandasından uzaqlaşdırılan müdafiəçi 2 milyon avroluq dəyərlə ən baha azərbaycanlı futbolçu statusunu qoruyub. Onun qiyməti cari hesabat dövründə daha 500 min avro yüksəlib.

“Sport Xəbər”də Emin Mahmudovla bağlı informasiya da yer alıb. Qeyd olunub ki, 2017-ci ildən “Neftçi“nin formasını geyinən yarımmüdafiəçinin burada qalması hələ sual altındadır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti