“Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində dünən ikinci yoxlama oyununa çıxıb.
Yuri Vernidubun komandası "Partizan"la üz-üzə gəlib. Matç Serbiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ormoj stadionunda baş tutan görüşdə yeganə qolu 47-ci dəqiqədə Erik Kojzek vurub.
“Ağ-qaralar” iyulun 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə üz-üzə gələcək.
Paytaxt təmsilçisi ilk yoxlama oyununda Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub.
Ard-arda gələn iki məğlubiyyət "Neftçi"nin düşərgəsində narahatlıq yaradıb. "Partizan"la görüşdən sonra komandadan etiraz səsləri ucalıb.
Kimdən? Səbəbkar Yuri Vernidubdur. Əksər futbolçular baş məşqçilən narazılıq etməyə başlayıb.
Onlar gündəlik hazırlıq prosesindən şikayətini klub funksionerlərinin diqqətinə çatdırıblar.
Komanda üzvləri bildirib ki, ukraynalı çalışdırıcı fiziki yüklənmələri həddən artıq verir, mövcud güc nisbətini nəzərə almır.
SPORTİNFO.AZ

