Avropa yolu açıldı - Azərbaycan futboluna bundan böyük fürsət?

Avropa yolu açıldı - Azərbaycan futboluna bundan böyük fürsət?

Avrokuboklarda bütün təmsilçilərimizin rəqibləri müəyyənləşdi.

Son çempion "Sabah"ın Çempionlar Liqasında ilk rəqibi TNS (Uels) olub.

Avropa Liqasında mübarizəyə qoşulacaq

"Qarabağ" İslandiya "Vestri"yası ilə qarşılaşacaq.

Konfrans Liqasında "Zirə" "Torpedo" (Kutaisi, Gürcüstan), "Neftçi" isə "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Makedoniya) cütünün qalibi ilə görüşəcək.

Sanki doşab almışıq, bal çıxıb.

Bundan əla püşk ola bilməzdi.

Düşünə bilməzdik.

Nəinki bu mövsümün, hətta əminliklə son illərin ən ideal püşkü olduğunu deyə bilərik.

Rəqiblərin nə büdcəsi, nə keyfiyyəti, nə çıxış etdikləri liqaların ağırlığı bizimkilərdən öndə deyil.

Bəzi məqamlarda bir yox, bir neçə dəfə geri qalırlar.

İndi qalır kağız üzərindəki şansı maksimum dəyərləndirmək.

Birinci mərhələdə mübarizəni dayandırmaq üçün heç kimin bəhanəyə yeri qalmayıb.

Maksimum nəticələrlə turu adlamaq barədə düşünmək lazımdır.

Ki, mərhələ ilə bərabər, yaxşı reytinq xalları da gəlsin.

Bu yolda bütün klublarımıza bu yolda uğurlar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti