“Aslan ac olanda yeyir - Görək nə qədər irəli gedə bilərlər”

“Aslan ac olanda yeyir - Görək nə qədər irəli gedə bilərlər”

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç Braziliya yığmasının dünya çempionatından kənarda qalmasına münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin, Norveç millisinin oyununu yüksək qiymətləndirib:

“Aslan ac olanda yeyir. Norveç yığması mənə 1994-cü il dünya çempionatındakı İsveç millisini xatırlatdı. Görək nə qədər irəli gedə bilərlər.

Braziliya yığması isə turnirin əvvəlindən inandırıcı təsir bağışlamırdı. Karlo Ançelottinin əvəzetmələri nəticə vermədi. Norveç millisi əla oynadı, braziliyalılar isə “küləyin ritminə uyğun rəqs edirdilər”.

Braziliya yığması 1/8 finalda Norveç millisinə 1:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. Norveç millisi dünya çempionatının 1/4 finalında İngiltərə yığması ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti