“Portuqaliya millisindəki digər futbolçular Ronaldonun kölgəsində qalırdılar”

00:10 Dünya futbolu 154
“Portuqaliya millisindəki digər futbolçular Ronaldonun kölgəsində qalırdılar”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, Kriştiano Ronaldonun Portuqaliya millisindən ayrılacağı halda, yığmada yeni dövrün başlayacağını bildirib.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, o, digər oyunçuların 41 yaşlı forvardın kölgəsində qaldığını söyləyib:

“Kriştiano Ronaldo olmadan yeni bir dövr başlayacaq. Millidəki digər futbolçular onun kölgəsində qalırdılar.

Onun qazandığı uğurları nəzərə alsaq, bu, tamamilə normaldır. İndi isə digər oyunçuların ön plana çıxmaq və özlərini göstərmək vaxtıdır”.

Portuqaliya millisi 2026-cı il dünya çempionatının 1/8 finalında İspaniya yığmasına 0:1 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 03:40 Gürcüstanda 2 medal