Dünya çempionatında 40 il sonra penalti qaçıran ilk braziliyalı

Dünya çempionatında 40 il sonra penalti qaçıran ilk braziliyalı

Bruno Gimaraynş 40 il sonra dünya çempionatında bir matçın əsas vaxtında penalti qaçıran ilk braziliyalı olub.

Sportinfo.az xəbər verir ki, Norveçə qarşı 1/8 final görüşündə 28 yaşlı futbolçu təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.

Bununla da o, “sambaçılar”ın tarixinə düşüb.

Bundan əvvəl sonuncu belə hadisə 1986-cı il mundialının 1/4 final mərhələsində Fransa ilə oyunda Zikonun penalti vura bilmədiyi vaxt qeydə alınmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti