“Qarabağ” bu satışdan o qədər pul qazandı ki… ŞOK RƏQƏM!

09:00 Qarabağ 488
“Qarabağ” bu satışdan o qədər pul qazandı ki… ŞOK RƏQƏM!

Kamillo Duran artıq «Qarabağ»ın oyunçusu deyil.

Xəbər verdiyimiz kimi, Ağdam klubu dünən onu «Seltik»ə satıb.

Kolumbiyalı hücumçu bundan sonra karyerasını Şotlandiyada davam etdirəcək. Ağdam təmsilçisi onu «Seltik»ə satıb - tərəflər arasında bütün şərtlər razılaşdırılıb.

Bu sövdələşmə hansı şərtlər daxilində baş tutub:? İstər yerli, istərsə əd Şotlandiya mediasında müxtəlif rəqəmlərdən bəhs olunur.

Kimi 2 milyon funt-sterlinqdən danışır, kimi 2,5 milyondan, kimi də 3 milyondan.

Bilmək istəyirsizsə, qoy deyək - «köhlən atlar» cənubi amerikalının keçidindən 5 milyon avronun üstündə bir gəlir əldə edib.

“Qarabağ” Duranı ötən ilin yayında Portuqaliyadan - “Portimonense”dən 200 min funt sterlinqdən də az məbləğə transfer etmişdi. 24 yaşlı forvard ötən mövsüm Çempionlar Liqasında 10 oyunda 5 qol vurub.

Duranın gedişi ilə düşərgəni tərk edən futbolçuların sayı 9-a çatıb.

Ondan öncə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade ilə vidalaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti