Biri azlıq etdi, ikincini də oradan gətirdilər - BİRİLLİK

11:40 Hadisə 245
Biri azlıq etdi, ikincini də oradan gətirdilər - BİRİLLİK

"Kəpəz"in daha bir futbolçusu "İmişli"nin yolunu tutub.

Gəncəlilərlə müqaviləsi başa çatan Fərid Nəbiyev aranlılarla anlaşıb.

26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Fərid ötən mövsüm Misli Premyer Liqasında və kubokda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qol vurub. O, 2025-ci ilin iyul ayından "Kəpəz"də çıxış edirdi.

Nəbiyevdən əvvəl Yusif İmanov da İmişlinin eyniadlı təmsilçisi ilə «nigah»a girib. Keçən həftə iki qapıçısı - Andrey Sinenka və Hüseynəli Quliyevlə yollarını ayıran aran təmsilçisi sürpriz isimi heyətinə qata bilib.

Ötən mövsümə Kosovada - «Malişeva»da başlayan, noyabrdan bəri isə «Kəpəz»in formasını geyinmiş Yusif İmanov bundan sonra «İmişli»nin uğurları üçün tər tökəcək.

Millinin sabiq kiperi Premyer Liqada ikinci mövsümünü keçirməyə hazırlaşan klubla 1 illik müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti