Azərbaycan çempionunun potensial rəqiblərinin oyununda finlər qalib gəldi

Azərbaycan çempionunun potensial rəqiblərinin oyununda finlər qalib gəldi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində KuPS Şimali Makedoniyada “Vardar” ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Finlandiya komandası 2:0 hesabı ilə qalib gəlib.

Qolları 45-ci dəqiqədə Magassa, 49-cu dəqiqədə isə Arma vurub. “Vardar”ın futbolçusu Bosançiç 75-ci dəqiqədə qırmızı vərəqə alıb.

Beləliklə, KuPS evdəki cavab oyunu öncəsi üstünlük əldə edib. Cavab matçı iyulun 14-də keçiriləcək.

“Sabah” TNS səddini aşacağı halda, məhz “Vardar” - KuPS cütünün qalibi ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 03:40 Gürcüstanda 2 medal