"Neftçi" Dünya Qadın Seriyasında liderlər sırasında mövqeyini möhkəmləndirdi”

7 İyul 07:40 Basketbol 476
"Neftçi" Dünya Qadın Seriyasında liderlər sırasında mövqeyini möhkəmləndirdi”

Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında qalib gələn "Neftçi"nin 3x3 basketbol komandası yorğunluğa baxmayaraq, xarakter nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın üzvü Dina Ulyanova bildirib.

O, yarışla bağlı təəssüratlarını bölüşüb:

"Düşünürəm ki, bu, əzmkar qələbə idi. Qızlar yorğunluğa baxmayaraq, xarakter nümayiş etdirdilər. Təəssüf ki, son vaxtlar komandamızda zədə dalğası yaşanır. Ancaq əminəm ki, yaxın zamanda hər şey qaydasına düşəcək".

D.Ulyanova "Neftçi"nin Dünya Qadın Seriyasında liderlər sırasında mövqeyini möhkəmləndirdiyini söyləyib:

"Ardıcıl olaraq yaxşı nəticələr göstəririk. Bu mövsüm əsas hədəflərdən biri sentyabrda keçiriləcək Avropa Kubokudur. Bu yarışa hazırlıqda doğru yolda olduğumuzu sübut edirik".

"Neftçi" Marseldəki turnirin final oyununda Kanada seçməsini 15:9 hesabı ilə üstələyib. Yarışın ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubunun üzvü Erika Karter seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!