“Neftçi”nin oyununda baş verən əlbəyaxa davanın VİDEOsunu bir də belə izləyin!

02:10 Neftçi 114
“Neftçi”nin oyununda baş verən əlbəyaxa davanın VİDEOsunu bir də belə izləyin!

Xəbər verdiyimiz kimi, “Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun komandası “Partizan”la qarşılaşıb.

Oyun serblərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ormoj stadionunda baş tutan görüşdə yeganə qolu 47-ci dəqiqədə Erik Kojzek vurub.

Matçın gedişatında qalmaqal baş verib. Bakılıların hücumçusu Bassala Sambu və rəqib oyunçu Stefan Miriç əlbəyaxa davaya çıxıb.

Buna “Partizan”lı futbolçunun ona qarşı kobud oyunu səbəb olub. Nəticədə futbolçular arasında dava baş verib.

Bu insidentə görə hakim “Partizan”lı futbolçuya və “Neftçi”dən Bassala Sambuya birbaşa qırmızı vərəqə göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 03:40 Gürcüstanda 2 medal