"İki il əvvəlki nəticələrlə müqayisədə millidə ciddi inkişaf var"

07:10 Basketbol 71
"İki il əvvəlki nəticələrlə müqayisədə millidə ciddi inkişaf var"

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvləri final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində özlərini yaxşı tərəfdən göstəriblər.

Sportinfo.az xəbər verir ki,bu barədə "report"a açıqlamasında komandanın baş məşqçisi Tahir Baxşıyev bildirib.

Mütəxəssis yığmada irəliləyiş olduğunu söyləyib:

"Komandada irəliləyiş var. İki il əvvəl İrlandiya kimi komanda ilə dueldə 25-30 xal fərqi ilə uduzurduq. İndi isə onları səfərdə məğlub etdik, Bakıda qələbəni əldən verdik.

Basketbolçular seçmə mərhələdə özlərini yaxşı tərəfdən göstərdilər, sonadək mübarizə apardılar. Hamısına təşəkkür edirəm. Azarkeşlər də bizə dəstək oldular. Onlara da minnətdaram".

T.Baxşıyev ötən gün Bakı İdman Sarayında İrlandiyaya 70:76 hesabı ilə uduzduqları oyuna da toxunub:

"Qələbə qazana bilərdik. Ancaq bu dəfə belə alındı. Səfərdə Lüksemburqu məğlub etmişdik. Həmin oyundan sonra komandada ab-hava yaxşı idi. Həmin qarşılaşmadan əvvəl də demişdim.

Oyunçular çox yorulurlar. Üç gün ərzində iki görüş keçirməlisən. İrlandiya ilə matç da çətin alındı. Bu görüşdə də qalib gələ bilərdik. Amma yorğunluq sözünü deyir".

Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsinin A qrupunda 8 xalla dördüncü yeri tutub. Şimali Makedoniya 12 xalla birinci pillədə qərarlaşıb. İkinci sıradakı Lüksemburq və üçüncü yerdəki İrlandiya da 8 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti