Britaniya nəhəngi “Qarabağ”dan aldığı hücumçu ilə neçə illik müqavilə bağlayacaq?

13:00 Qarabağ 348
Britaniya nəhəngi “Qarabağ”dan aldığı hücumçu ilə neçə illik müqavilə bağlayacaq?

Kamillo Duran «Qarabağ»ın düşərgəsini tərk edib.

Kolumbiyalı hücumçu Şotlandiyaya yollanıb.

O, bu gün və sabah «Seltik»də tibbi baxışdan keçəcək.

Cənubi amerikalı Böyük Britaniya təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq. Tərəflər 3+1 illik anlaşmaya dair razılığa gəlib.

Bu sövdələşmə hansı şərtlər daxilində baş tutub:? İstər yerli, istərsə əd Şotlandiya mediasında müxtəlif rəqəmlərdən bəhs olunur.

Kimi 2 milyon funt-sterlinqdən danışır, kimi 2,5 milyondan, kimi də 3 milyondan.

Bilmək istəyirsizsə, qoy deyək - «köhlən atlar» Duranın keçidindən 5 milyon avronun üstündə bir gəlir əldə edib.

“Qarabağ” Duranı ötən ilin yayında Portuqaliyadan - “Portimonense”dən 200 min funt sterlinqdən də az məbləğə transfer etmişdi. 24 yaşlı forvard ötən mövsüm Çempionlar Liqasında 10 oyunda 5 qol vurub.

Duranın gedişi ilə düşərgəni tərk edən futbolçuların sayı 9-a çatıb.

Ondan öncə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade ilə vidalaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti