“Qəbələ”dən ayrılan legionerin TRANSFER XƏBƏRİ Cənubi Koreyadan gəldi

7 İyul 20:20 Qəbələ 534
“Qəbələ”dən ayrılan legionerin TRANSFER XƏBƏRİ Cənubi Koreyadan gəldi

Bir neçə gün əvvəl “Qəbələ”dən ayrılan Adriel Ba Luanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Cənubi Koreyada davam etdirəcək.

Fil Dili Sahilidən olan forvard “Kvandju” ilə müqavilə imzalayıb. K-1 təmsilçisi rəsmi saytı vasitəsilə transferi elan edib.

Bildirilib ki, Ba Lua mövsümün ikinci yarısı üçün komandanın hücum gücünə əlavə güc qatacaq. Futbolçu özü də bunun üçün əlindən gələni edəcəyini açıqlayıb.

“Qəbələ”yə ötən ilin yayında “Kan”dan keçən Adriel Ba Lua geridə qalan mövsümdə bütün turnirlərdə keçirdiyi 34 oyunda 4 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!