Misir önündə geridönüş edən Argentina 1/4 finalda - DÇ-2026-dan dramatik VİDEO

8 İyul 00:30 Dünya çempionatı 370
Misir önündə geridönüş edən Argentina 1/4 finalda - DÇ-2026-dan dramatik VİDEO

Dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qzaanıb.

Sportinfo.az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesbalı qələbəyə sevinib.

Baxmayaraq ki, görüşdə ilk iki qol Misir komandasından gəlib. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisinin qollarını vurublar.

Bunulan belə, özündə güc toplayan Argentina seçməsi ard-arda 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.

“Tanqoçular”un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!