Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi

11:00 Kəpəz 117
Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi

"Kəpəz" Luis Paçu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən mövsüm "Kəpəz"də 29 oyun keçirən 30 yaşlı futbolçu 5 qol vurub. O, 2024-cü ilin iyulundan Gəncə klubunda oynayırdı.

Xatırladaq ki, "Kəpəz" yay fasiləsində Rauf Hüseynli, Məmməd Hüseynov və Fərid Nəbiyevlə də yolları ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti