“O, oyunçusunun dünya çempionatını qazanmasını istəyir”

8 İyul 00:00 İngiltərə 351
“O, oyunçusunun dünya çempionatını qazanmasını istəyir”

“Arsenal”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays, Meksika yığması üzərində qazanılan qələbədən sonra baş məşqçisi Mikel Arteta ilə danışdığını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Qələbədən sonra Arteta mənə zəng edərək təbrik etdi. O, “Arsenal” oyunçusunun dünya çempionatını qazanmasını istəyir.

Arteta turnirdə çıxış edən digər futbolçularımızla da əlaqə saxlayıb və hamıya uğurlar arzulayıb”.

İngiltərə millisi dünya çempionatının 1/8 finalında Meksika yığmasını 3:2 hesabı ilə məğlub edib. Komanda yarımfinal uğrunda Norveç millisi ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!