"Zirə"nin kapitanı Qismət Alıyev Konfrans Liqası I təsnifat mərhələsinin "Torpedo" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportinfo.az 29 yaşlı sağ cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
- Sabah bizi yaxşı və təcrübəli komandaya qarşı oyun gözlyəir. "Torpedo" son illərdə avrokuboklarda daim iştirak edir. Bizim də yetərincə təcrübəmiz var. Sabah ən yaxşısını etməyə çalışacağıq ki, meydandan istədiyimiz nəticə ilə ayrılaq.
- Hava durumunu nəzərə alsaq, sabah çətin olmayacaq?
- Bundan əvvəl də isti havalarda oynamışıq. Problem yaradacağını düşünmürəm. Komanda şəklində oyuna hazırlaşırıq.
- Rəqibin hücum planında nələri qeyd edərdiniz?
- Məşqçilər rəqib haqda yetərincə tapşırıqlar veriblər. Onların heyətində hər an oyunu dəyişəcək fubtolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq.

