Premyer Liqa təmsilçisində yeni məşqçi, 1 illik kontrakt - FOTO

8 İyul 02:20 Hadisə 736
Premyer Liqa təmsilçisində yeni məşqçi, 1 illik kontrakt - FOTO

“İmişli” məşqçilər korpusunu UEFA Pro lisenziyalı mütəxəssis Zamir Həsənov ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, o, köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Zəngin məşqçilik təcrübəsinə malik Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib.

O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.

Zamir Həsənov “Şamaxı”, “Şəfa”da, eləcə də “Zirə” FK və “Səbail” FK Akademiyalarında uğurla fəaliyyət göstərərək oyunçu inkişafı və müasir məşq metodikası sahəsində dəyərli təcrübə qazanıb.

zamir hesenov - Futbolinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!