Belçikanı dünya çempionatında 1/4 finala yüksəldən oyundan VİDEO

7 İyul 15:40 Dünya çempionatı 258
Belçikanı dünya çempionatında 1/4 finala yüksəldən oyundan VİDEO

Belçika dünya çempionatının 1/8 final mərhələsində ABŞ yığmasını 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Belçika komandasının qollarını Şarl de Ketelare (9 və 33-cü dəqiqələr), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) vurublar.

ABŞ millisinin yeganə qoluna isə Malik Tillman imza atıb.

Qarşılaşmaya ABŞ yığmasının start heyətində çıxan Folarin Baloqun əvvəlki oyunda qırmızı vərəqə aldığı üçün diskvalifikasiya olunmalı idi.

Lakin FİFA-nın İntizam Komitəsi onun cəzasını müvəqqəti dayandırdığı üçün futbolçu Belçikaya qarşı matçda iştirak edib.

Belçika millisi 1/4 finalda İspaniya yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 10-da keçiriləcək.

Belçika yığması tarixində dördüncü dəfə dünya çempionatının 1/4 final mərhələsinə yüksəlir. Komanda 1986-cı ildə dördüncü yeri tutub,

2018-ci ildə isə bürünc medal qazanıb. ABŞ millisi isə 2002-ci ildən sonra ilk dəfə mundialın 1/4 finalına yüksəlmək şansını əldən verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!