Azərbaycan çempionu böyük miqdarda pul VƏD ETDİ - ÇL-də mərhələ adlayarsa

14:00 Sabah 378
Azərbaycan çempionu böyük miqdarda pul VƏD ETDİ - ÇL-də mərhələ adlayarsa

Bu gün Çempionlar Liqasında 2026/27 mövsümünə start veriləcək.

Azərbaycan təmsilçisi “Sabah” birinci təsnifat mərhələsində TNS-lə üz-üzə gələcək.

20:00-da başlayacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Bu, tarixində ilk dəfə Çempionlar Liqasına qatılan "Sabah"ın sözügedən yarışda debüt oyunu olacaq.

Komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki (İngiltərə) " Park Hall"da keçiriləcək.

Ölkəmizin çempionu Uels mənsubunu mübarizədən kənarlaşdırarsa, məşqçi və futbolçularına böyük miqdarda mükafat ödəyəcək. Bu, vəd deyil, gerçəkdir.

Qitənin ən mötəbər turnirində yoluna davam etmək istəyən "bayquşlar" birinci məqsədinə çatarsa, hər bir oyunçusuna 20 min dollar verəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti