AFFA prezidenti "Sabah", "Qarabağ" və "Zirə"yə uğur arzuladı

7 İyul 17:20 Gündəm 294
AFFA prezidenti "Sabah", "Qarabağ" və "Zirə"yə uğur arzuladı

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”, “Qarabağ” və “Zirə”yə avrokuboklarda uğurlar arzulayıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“UEFA klub turnirlərinin təsnifat mərhələlərinə start verilir.

Üç gün ərzində “Sabah”, “Qarabağ” və “Zirə” müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar.

Təmsilçilərimizə ölkəmizi layiqincə təmsil etmək yolunda uğurlu nəticələr arzulayıram” – deyə, milli assosiasiyanın rəhbəri bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!