“Sabah”ın oyunu karyerasında iz qoyacaq - Bu adamı tanıyırsız?

16:40 Araşdırma 93
“Sabah”ın oyunu karyerasında iz qoyacaq - Bu adamı tanıyırsız?

"Sabah"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə Bakıda keçiriləcək oyun üçün hakim təyinatı açıqlanıb.

Masazırdakı qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçda əsas söz sahibi Patrik Qriskieviç olacaq. Yan xətlərdə ona Marçin Boniek və Bartoz Kasunski kömək edəcək.

Dördüncü hakim funksiyasını isə Voyçex Mus yerinə yetirəcək.

1995-ci ildə anadan olan hakim məşqçilik karyerasına 23 yaşında 3-cü liqada start verib. 27 yaşında Ekstraklasada debüt görüşü “Qurnik”lə “Yegeloniya” arasındakı oyuna təsadüf edib.

Qətiyyəti və ideal idarəçiliyi ilə rəğbət qazanan keçmiş futzal hakimi Yaroslav Qriskieviçin oğlu 2023-cü ildə Çempionlar Liqasında “Zalsburrq” - “Real Sosyedad” oyununa dördüncü hakim kimi təyinat alıb.

2 il əvvəl – 2024-cü ildə beynəlxalq dərəcəli hakim statusuna yiyələnərək ötən yay avrokuboklarda – Konfrans Liqasının 1-ci təsnifat mərhələsində debüt edib. Qonaqların 1:0 hesabı ilə qalib gəldiyi “Malişeva” – “Vikinqur” matçında yaşananlara qiymət verib.

“Sabah” – TNS görüşü Patrikin yaddaşında xüsusi iz buraxacaq. Çünki bu, onun üçün Çempionlar Liqasında baş hakim kimi ilk oyundur.

Ümid edək ki, turnirin statusu, komandaların səviyyəsi və oyunun gərginliyi 31 yaşlı ədalət təmsilçisinin bacarığını kölgə altında saxlamayacaq. Bu yaşda Avropanın bir nömrəli klub turirində matç idarə etmək sıradan fakt deyil.

İyulun 7-də “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti