Ronaldo: “Bu, mənim son dünya çempionatım olacaq” - VİDEO

01:30 Dünya futbolu 65
Ronaldo: “Bu, mənim son dünya çempionatım olacaq” - VİDEO

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo dünya çempionatının karyerasındakı son mundial olduğunu rəsmən təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı hücumçu Portuqaliyanın 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşmasından sonra gələcəyi ilə bağlı açıqlama verib.

Ronaldo bildirib ki, 2030-cu ildə keçiriləcək növbəti DÇ-də iştirak etməyəcək.

“Heç nəyi emosiyalarla qərarlaşdırmıram. İndi oynamağa davam edib-etməyəcəyim vacib deyil. Sabah da bu gün olduğu kimi təmiz vicdanla oyanacağam.

Milli komandada 23 il çıxış etdim və üç titul qazandım. Kriştianudan əvvəl Portuqaliya heç nə qazanmamışdı.

2016-cı ildə qazandığım Avropa çempionluğu mənim üçün ən böyük uğurdur. Fikrimcə, Dünya Çempionatı ilə eyni ölçüdədir”, – deyə ulduz futbolçu bildirib.

İspaniya ilə oyundan əvvəl də bunun son mundialı olacağını açıqlayan Ronaldo həmin vaxt belə demişdi: “Bu, mənim son Dünya Çempionatım olacaq. Amma ümid edirəm ki, sabah mənim son oyunum olmayacaq”.

Portuqaliya millisinin heyətində altıncı DÇ-yə qatılan Ronaldo turnir tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu kimi rekordunu daha da möhkəmləndirib. O, 2026-cı il DÇ-də üç dəfə fərqlənib.

Karyerasını başa vuracağı tarix barədə isə konkret danışmayan portuqaliyalı ulduz futbola hələ də böyük həvəslə yanaşdığını vurğulayıb.

“O gün gələcək. Amma gedəndə vicdanım tam rahat olacaq. Futbolda bacardığım hər şeyi etmişəm. Mən futbolu sevirəm və buna görə oynayıram.

Hər gündən zövq almaq lazımdır. İndiyədək bu mundialda üç qol vurmuşam. Düşünürəm ki, bu, heç də pis nəticə deyil”, – deyə Ronaldo əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 03:40 Gürcüstanda 2 medal