"Millimizin Avropa çempionatında yaxşı nəticə qazanacağına ümid edirəm"

08:10 Voleybol 90
"Millimizin Avropa çempionatında yaxşı nəticə qazanacağına ümid edirəm"

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov milli komandanın Avropa çempionatında yaxşı nəticələr qazanacağına ümid edir.

Sportinfo.az xəbər verir ki, AVF rəhbəri bu barədə mətbuat konfransında bildirib.

O, Azərbaycanın da ev sahibi olduğu yarışla bağlı fikirlərini bölüşüb:

"Fürsətdən istifadə edərək milliyə qarşıdan gələn yarışda uğurlar arzulayıram. Ümid edirəm ki, Avropa çempionatında yaxşı nəticə əldə edəcəklər. Hazırlıq səviyyələrini saxlayaraq uğur qazanacaqlar.

Azərbaycan idman sahəsində kifayət qədər yaxşı nailiyyətlər əldə edib. İdmançılarımız Azərbaycan bayrağını dalğalandırıblar. İdmanın yüksəlməsi üçün federasiya olaraq dəstəyimizi davam etdirəcəyik".

Ş.Bağırov azarkeşlərə səslənib:

"Bütün azarkeşləri, idmansevərləri avqustda keçiriləcək yarışa dəvət edirəm. Azarkeş dəstəyi bizim üçün vacibdir və ən önəmli faktordur. Gəlsinlər, komandamızı dəstəkləsinlər".

O, federasiya olaraq əsas hədəfləri açıqlayıb:

"Əsas hədəf regionlarda voleybolun inkişaf etdirilməsidir. Bu gün burada gənc voleybolçular var. Onlar gələcəkdə sözlərini deyəcəklər. Regionlarda voleybola maraq böyükdür".

Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 03:40 Gürcüstanda 2 medal