Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti postunda qalmağa davam edəcək.
Sportinfo.az “Globo”-ya istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası yığmanın 2026-cı il dünya çempionatındakı çıxışını qiymətləndirib və komandanın turnirlə erkən vidalaşmasında müəyyən məsuliyyətin Ançelottinin üzərinə düşdüyü qənaətinə gəlib.
Buna baxmayaraq, italiyalı mütəxəssisin istefaya göndərilməsi gündəmdə deyil.
Ançelottiyə Braziliya millisinin başında tam dörd illik dövrü başa vurmaq imkanı veriləcək. O, komandanı 2030-cu ildə keçiriləcək dünya çempionatına hazırlayacaq.
67 yaşlı mütəxəssisin Braziliya Futbol Konfederasiyası ilə qüvvədə olan müqaviləsinin müddəti 2030-cu ilin iyulunun sonuna qədər nəzərdə tutulub.
Braziliya millisi DÇ-2026-nın 1/8 finalında Norveç yığmasına 1:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

