Bir neçə klubun istədiyi kamerunlu forvard bölgə klubuna transfer olundu

7 İyul 22:20 Premyerliqa 2 226
Bir neçə klubun istədiyi kamerunlu forvard  bölgə klubuna transfer olundu

Yeni mövsümə iddialı hazırlaşan "Şahdağ Qusar" heyətini əcnəbi hücumçu ilə gücləndirib.

Bölgə klubu Dileyn Açimini transfer edib.

21 yaşlı legioner son mövsümü "Cəbrayıl"da keçirib.

Birinci Liqada yaxşı mövsüm keçirən kamerunlunun xidmətində bir neçə yerli klub maraqlı olub.

Amma Açimi qərarını "Şahdağ Qusar"un xeyrinə verib.

Onunla 1+1 illik anlaşma əldə olunub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə