“Sabah” Çempionlar Liqasına inamlı qələbəylə başladı

7 İyul 21:55 Çempionlar Liqası 733
“Sabah” Çempionlar Liqasına inamlı qələbəylə başladı

"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.

Masazırdakı "Bank Respublika Arena"da baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.

Tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.

20:00. “Sabah” (Azərbaycan) - TNS (Uels) 1:0

Qollar: Velko Simiç, 65, Kahim Parris, 84

Baş hakim: Patrik Qriskieviç (Polşa)

Masazır stadionu

Sabah”: Pokatilov (k), Solve, Daşdəmirov, Zedadka, Puhaç, Rəhmonəliyev, Lepinitsa, İsayev, V. Simiç, Mikels, Maluda

Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina.

Baş məşqçi: Valdas Dambrauskas

TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, D. Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz.

Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok.

Baş məşqçi: Kreyq Harrison

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!