İyulun 9-na qədər yağış yağacaq - Xəbərdarlıq edildi

7 İyul 08:00 Araşdırma 441
İyulun 9-na qədər yağış yağacaq - Xəbərdarlıq edildi

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti