“Qarabağ”ın satdığı yerlinin 2 milyon avro QİYMƏTİ VAR?

22:40 Bizimkilər 328
“Qarabağ”ın satdığı yerlinin 2 milyon avro QİYMƏTİ VAR?

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun komandası “Bursaspor” Türkiyə I Liqasının ən dəyərli klubudur.

Sportinfo.az “Transfermarkt”a istinadən xəbər verir ki, bursalıların futbolçularının ümumi qiyməti 15 milyon 350 min avrodur.

“Timsah”ı 14 milyon 700 min avro ilə “Antalyaspor” izləyir. Siyahının üçüncü pilləsində isə “Bodrumspor” (14 milyon 80 min avro) qərarlaşıb.

“Bursaspor”un yay fasiləsində həyata keçirdiyi 7 transferin dəyəri də açıqlanıb. Toral bu baxımdan üçüncü sıradadır. Millimizin üzvü 2 milyon avroya bərabər göstərilib. Linkoln Enrike 3,5 milyon, Juergen Elitim isə 2,5 milyon avro qiymətindədir.

Toral Bayramov “Bursaspor”a yay fasiləsində “Qarabağ”dan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti