"Neftçi"nin "Partizan"a dava-dalaşlı məğlubiyyəti bu VİDEOda

12:40 Neftçi 85
"Neftçi"nin "Partizan"a dava-dalaşlı məğlubiyyəti bu VİDEOda

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Serbiya "Partizan"ı ilə üz-üz gəlib.

Qarşılaşma Belqrad təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yoxlama görüşündə insident yaşanıb. Hadisəyə səbəb 55-ci dəqiqədə rəqib futbolçunun Bassala Sambuya qarşı sərt oynaması olub.

"Ağ qaralar"ın forvardının rəqibinə reaksiya verməsi ilə ara qarışıb, əlbəyaxa olublar.

Matçda təxminən 10 dəqiqə fasilə yaranıb. Tərəfləri çətinliklə sakitləşdirmək mümkün olub.

Baş hakim hər iki oyunçunu meydandan qovub. Referinin görüşü yarımçıq dayandırmaq istəyinin qarşısını Yuri Vernidub və həmkarı Saşa İliçin israrı alıb.

"Neftçi" Sloveniyada ilk hazırlıq matçını ÇFR-ə (Rumıniya) qarşı keçirib. "Ağ-qaralar" bu görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.

Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti