Elxan Məmmədovun GİZLİ TƏLİMATı üzə çıxdı, plan təxirə salındı

13 Fevral 2020 09:14 Azərbaycan Futbolu 1 268
Elxan Məmmədovun GİZLİ TƏLİMATı üzə çıxdı, plan təxirə salındı

Bu gün Azərbaycan Futbol Veteranları İttifaqı geniştərkibli toplantısı keçirilməli idiö.

Hər halda AFFA tərəfindən belə planlaşdırılmışdı, lakin… Son anda tədbir ertələnib. Daha doğrusu, qeyri-müəyyən müddətə kimi təxirə salınıb.

Ümumi yığıncağın təşkil olunması təşəbbüsü federavsiyadan gəlib. Konkretləşdirsək, qurumun icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov tərəfindən. Elə o da tədbiri başqa vaxta keçirib.

AFFA-nın bir nömrəli idarəçisi veteranlara xəbər göndərərək, təxirəsalmanın səbəbini Rövnəq Abdullayevlə əlaqələndirib. Bildirib ki, o, federasiya prezidentinin də toplantıda iştirakını istəyir, sadəcə, Abdullayev SOCAR-dakı işlərinin çoxluğuyla əlaqədar hələlik zaman tapa bilmir.

Başqa sözlə, nə vaxt Rövnəq bəyin başı bir az açılsa, onda da İttifaqın yığıncağı təşkil ediləcək.

AFFA veteranları səssizcə bir yerə yığmağı düşünürdü. Tək onları deyil amma. Bura futbol ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri də dəvət olunmuşdu. Keçmiş futbolçular, məşqçilər, funksionerlər…

Ümumiyyətlə, işləyən və işləməyən futbol adamlarının əksəriyyəti paytaxtın ən məşhur otellərindən birinə dəvət almışdı. Təbii ki, AFFA ucdantutma hamıya çağırış yapmamışdı.

Geniş siyahınının hazırlanmasının üstündə günlərlə baş sındırmış, isimləri tək-tək incələmiş, kimləri çağırıb, kimləri çağırmamağı götür-qoy etmişdilər.

Bu məqsədlə İttifaqın sədri Oqtay Abdullayevə özəl tapşırıq verilmişdi. Buna əsasən, o, çıxış üçün tribunaya dəvət olunacaq şəxsləri öncədən təlimatlandırmış və istiqamətləndirmişdi.

Mikrafona yaxınlaşacaq qonaqlar AFFA-nın futbola, veteranlara qayğısından gen-bol danışmalı, minnətdarlıq dolu fikirlər söyləməli idi.

Sonda isə camiə adından AFFA-ya dəstək xarakterli bəyanat yayılmalı və müvafiq dairələrə göndərilməli idi.

Bəyanatın mətnini, təbii ki, Oqtay Abdullayev hazırlamayıb. Onun buna savadının çatmaması AFFA-ya da bəllidir. Dövlət orqanlarına ünvanacaq sənədin mətni qurumun mətbuat xidməti tərəfindən hazırlanıb və Elxan Məmmədovun redaktəsindən sonra İttifaqa təqdim olunub.

Tədbirin keçirilməsinin əsl məqsədini açıqlayaq. AFFA Oqtay Abdullayevin ətrafında toplaşanları otelə yığmaq və onlara bəyanat verdirməklə, Nazim Süleymanova qarşı əks-hücuma keçmək marağı güdür.

Bilindiyi kimi, Süleymanovun sədri olduğu Futbol İctimaiyyətinin Həmkarlar İttifaqı yaxınlarda dövlət başçısına məktub yollayıb. 10 futbol adamının imza atdığı məktubda AFFA-nın fəaliyyətindən geniş narazılıq ifadə olunub.

Elxan Məmmədovu ən çox narahat edən budur. O. Prezident Aparatına ünvanlanan məktubun əleyhinə işləyə biləcəyindən çox qorxur.

Təxmin edir ki, məktubda göstərilən faktlar başını nə qədər çox ağrıdacaq. Odur ki, Abdullayevin sözəbaxan İttifaqını qabağa verməklə, Süleymanova cavab həmləsi hazırlayır.

Görüntü yaratmaq istəyir ki, guya, ondan narazılar bir ovuc şəxsdir, futbol ictimaiyyətinin böyük kəsimi isə AFFA-nın fəaliyyətini dəstəkləyir və arxasındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı