Baş katib iki saat yarım Dadaşlinskinin hüzurunda, sonra pivəxanada

9 Dekabr 2019 10:52 Azərbaycan Futbolu 1 124
Baş katib iki saat yarım Dadaşlinskinin hüzurunda, sonra pivəxanada

Uzun sürən intizardan sonra AFFA-nın baş katibi Elxan Məmmədov sükutu pozdu və İctimai kanalın qapısını döydü. Həftələrdir yolunu gözləyən Dadaş Dadaşlinskinin qonağı oldu. İTV iki gündür 3D verlişinin anonsunu yayır, çəkilişin kifayət qədər maraqlı keçdiyini bildirir, tamaşaçıları ekran başına dəvət edir.

Sportinfo.az-ın məlumatına görə, baş katib 2,5 saatdan artıq müddətdə robot-aparıcının suallarını cavablandırıb. Odur ki, verlişin iki hissəyə bölünməsi və efirə verilməsi gözlənilir. Elxan Məmmədova ünvanlanan suallara gəlincə, Dadaş Dadaşlinski uzaq və yaxın keçmişə "səyahət" edib, bəzi tənqidlərə yer verib. AFFA-dakı fəaliyyətinə tənqidi yanaşanlarla bərabər, Qurban Qurbanovla Rəşad Sadıqovun millidən uzaqlaşdırılmasına, Nikola Yurçeviçin uğursuz nəticələr əldə etməsinə kimi. Qonaq sualların bir çoxuna yarımçıq cavablar verib, bəzi hallarda isə "ilişib". Əvəlcədən suallarla tanış olmağa öyrəşmiş baş katib bu dəfə vurnuxa-vurnuxa qalıb. Həmişə "sudan quru çıxmağa" alışmış Elxan Məmmədov adəti üzrə əksər məsələlərdə günahını başqalarının üstünə atıb, futbolumuzun bərbad günə qalmasının səbəbkarları qismində özünü görməyib.

AFFA-nın bir nömrəli funksioneri danışdığı yalanlardan necə "məst" olubsa, verlişdən çıxandan sonra iş yerinə qayıtmayıb. Kanalın qapısından çıxan kimi birbaşa şəhərin mərkəzinə – məşhur PUB-lardan birinə yollanıb. Burada dostlarıyla birgə vaxt keçirən baş katib bir neçə saat yeyib-içib,deyib-gülüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı