AFFA-nın görmək istəmədiyi fakt - RƏSMİ RÜSVAYÇILIQ

20 Noyabr 2019 18:18 Azərbaycan Futbolu 1 259
AFFA-nın görmək istəmədiyi fakt - RƏSMİ RÜSVAYÇILIQ

2019-cu il artıq yekunlaşmaq üzrədir. İl tamamlanmasa da, AÇ-2020-nin seçmə mərhələ oyunları rəsmən başa çatdı. Nə yazıq ki, yola salmaqda olduğumuz “donuz” təqvimi də Azərbaycan futbolunu xəta-bəladan, biabırçı nəticələrdən xilas edə bilmədi.

Aşağıda tanış olacağınız rəqəmli statistika geridə qalmaqda olan 2019-cu ilin rəsmi göstəricisidir. Bu rəqəmlər adamın ürəyinə elə çarpaz dağ çəkir ki, nəsə yazmağa, əlavə qeydə zərrə ehtiyac yoxdur. Çox təəssüf ki, rəqəmlərin danışmağa dili yoxdur.

Maraq üçün deyim ki, əsas yığmalardan ibarət AÇ-2020-nin seçmə qrup mərhələsində ümumilikdə Avropadan 55 milli komanda iştirak edib. Bu 55 yığma arasında ən zəif nəticə göstərən 3 ölkədən biri təəssüf ki, Azərbaycandır. 1 xalla qabaqladığımız ölkələr futbolda bizim kimi "izi-tozu olmayan" San-Marino və Cəbəllütariqdir. İstənilən komponentdə Azərbaycandan qat-qat aşağı, zəif olan Lixtenşteyn, Farer adaları, Moldova və Malta kimi "cırtdan futbol ölkələri" isə nə yazıq ki, Azərbaycanı geridə qoydular.

55 milli arasında 51-53-cü yerləri bölüşdürən bir futbol federasiyasının rəhbərliyi həyasızcasına 3-5 manata jurnalistləri satın alıb bir-birinə qarşı çıxarmaqdan, özünümüdafiənin ən axırıncı, ən səviyyəsiz formasına keçməkdənsə, xəcalət təri töksəydi, daha mərifətli olardı. Şərəfini, ləyaqətini, kimliyini bir səfərə, bir "yala" qurban verən satqınlar əgər özlərini jurnalist adlandırırsa, vay, bu kəslərin sahibinə "cumacağı" günə...Artıq heç nə demirəm, real fakt gözünüzə girsin!

A milli komanda

10 oyun: 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət, top fərqi - 8:20

Azərbaycan - Macarıstan 0:1

Azərbaycan - Bəhreyn 3:2

Azərbaycan - Xorvatiya 1:1

Azərbaycan - Uels 1:2

Azərbaycan - Slovakiya 1:5

Azərbaycan - Macarıstan 1:3

Azərbaycan - Litva 0:0

Azərbaycan - Xorvatiya 1:2

Azərbaycan – Uels 0:2

Slovakiya – Azərbaycan 2:0

U-21

6 oyun: 1 qələbə, 4 məğlubiyyət, 1 heç-heçə top fərqi - 3:12

Azərbaycan - Fransa 0:5

Azərbaycan - Gürcüstan 0:3

Azərbaycan - Slovakiya 2:1

Azərbaycan - Lixtenşteyn 0:1

Azərbaycan - İsveçrə 0:1

Azərbaycan – Ukrayna 1:1

U-19

15 oyun: 2 qələbə, 5 heç-heçə, 8 məğlubiyyət, top fərqi - 8:25

Azərbaycan - Çexiya 0:4

Azərbaycan - Norveç 0:1

Azərbaycan - Rumıniya 0:4

Azərbaycan - İrlandiya 1:3

Azərbaycan - Rusiya 0:0

Azərbaycan - Küveyt 1:1

Azərbaycan - İspaniya 0:2

Azərbaycan - Şotlandiya 0:2

Azərbaycan - BƏƏ 1:1

Azərbaycan - BƏƏ 0:1

Azərbaycan - Belarus 0:4

Azərbaycan - Belarus 1:0

Azərbaycan - Malta 2:2

Azərbaycan - Malta 0:0

Azərbaycan - San Marino 2:0

U-17

14 oyun: 1 qələbə, 1 heç-heçə, 12 məğlubiyyət, top fərqi - 9:38

Azərbaycan - Belarus 0:2

Azərbaycan - Belarus 1:4

Azərbaycan - Litva 3:1

Azərbaycan - Latviya 0:2

Azərbaycan - Ukrayna 2:4

Azərbaycan - İsrail 0:6

Azərbaycan - Gürcüstan 0:2

Azərbaycan - Səudiyyə Ərəbistanı 1:2

Azərbaycan - Makedoniya 1:2

Azərbaycan - Bosniya və Herseqovina 0:3

Azərbaycan - Bosniya və Herseqovina 0:0

Azərbaycan - Yunanıstan 1:6

Almaniya – Azərbaycan 2:0

Qazaxıstan – Azərbaycan 2:0

U-16

2 oyun: 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:5

Azərbaycan - Makedoniya 1:3

Azərbaycan - Makedoniya 2:2

Qadınlar

4 oyun: 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi - 0:9

Azərbaycan - İspaniya 0:4

Azərbaycan – Çexiya 0:4

Azərbaycan - Estoniya 0:0

Azərbaycan - Estoniya 0:1

U-19

6 oyun: 1 qələbə, 5 məğlubiyyət, top fərqi - 2:24

Azərbaycan - Albaniya 1:0

Azərbaycan - Almaniya 0:6

Azərbaycan - Portuqaliya 0:6

Azərbaycan - Rusiya 0:7

Azərbaycan - Belarus 1:2

Azərbaycan - İran 0:3

U-17

5 oyun: 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi - 0:14

Azərbaycan - Gürcüstan 0:0

Azərbaycan - Gürcüstan 0:2

Azərbaycan - Sloveniya 0:6

Azərbaycan - Norveç 0:5

Azərbaycan - Farer adaları 0:1

U-16

3 oyun: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:2

Azərbaycan - Farer adaları 2:0

Azərbaycan - Belarus 1:2

Azərbaycan - Qazaxıstan 0:0

ELVİN

Xəbər Lenti