Azərbaycanda kənd komandası yaradıldı, AFFA çempionata buraxdı

18 Oktyabr 2024 11:40 Azərbaycan Futbolu 2 979
Azərbaycanda kənd komandası yaradıldı, AFFA çempionata buraxdı

Azərbaycanda yeni kənd komandası yaradılıb.

Ağcabədi rayonunun Avşar kəndinin camaatı ölkənin futbol səhnəsinə çıxmaq yolunda ilk addımı atıb.

«Avşar» artıq AFFA tərəfindən qeydiyyata alınıb. Kəndin eyniadlı təmsilçisi növbəti mövsümdən etibarən Region Liqasında qüvvəsini sınayacaq.

Yerli gənclərdən ibarət kollektiv Şərq-Qərb - Qərb zonasında mübarizə aparacaq.

Beləcə, Ağcabədi rayon tarixində ilk dəfə Region Liqasında iki komandayla yarışa qoşulacaq.

Ötən il fəaliyyətə başlayan «Olimpiya» artıq bu çempionatda debüt edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!