.jpg)
Rövnəq Abdullayev AFFA prezidenti postundan ayrılmasını gözləyir.
Federasiyanın təsis olunmasının 30 illiyi münasibətilə keçirioən yubiley tədbirində iştirak edən SOCAR-ın sabiq rəhbəri bu barədə yaxın çəvrəsinə bildirib.
O, əmindir ki, 2008-ci ildən başçısı olduğu AFFA-da islahatların yeni mərhələsinin start götürməsinə az qalıb.
R.Abdullayev 14 ildir bu görəvi daşıyır. Hazırda AFFA-nın prezidenti postunda dördüncü müddəti keçirir. Növbəti seçkilər 2024-cü ilin martında keçirilməlidir.
Abdullayev ötən ilin fevralında əsas işindən - SOCAR-ın rəhbərliyindən uzaqlaşdırılıb. Ondan sonra AFFA ilə əlaqələri çox zəifləyib, futboldakı proseslərə təsiri demək olar yox olub.
O, öncəki illərdə də AFFA-nı tərk etmək fikrinə düşüb. Dəfələrlə müxtəlif dövlət qurumlarına bununla bağlı arzusunu bildirib.
SPORTİNFO.AZ