“Qəbələ” üçün hazırlanmış sürpriz – Baş məşqçi AÇIQLADI

22 Noyabr 2022 13:00 Azərbaycan Futbolu 494
“Qəbələ” üçün hazırlanmış sürpriz – Baş məşqçi AÇIQLADI

“Heyətimiz demək olar gənc futbolçulardan ibarətdir.

Şükürlər olsun, zədəli futbolçularımız yoxdur. Bu, bizi sevindirir”.

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Qəbələ” – “Araz Naxçıvan” qarşılaşmasından öncə qonaqların baş məşqçisi Azər Bağırov Sportinfo.az-a açıqlama verib.

“Qəbələ” büdcə, heyət, təcrübə, meydan amili baxımından rəqibini üstələyir ki, buna görə də matçın aşkar favoriti göstərilir. Lakin kubok matçlarında sürpriz nəticələr qaçılmaz deyil.

Bağırov vaxtilə çalışdığı, məşqçi kimi püxtələşdiyi komandaya hörmətlə yanaşsa da, oyunun nəzərdə tutduqları plan üzrə gedəcəyi halda mərhələ adlamaq şansını gizlətməyib:

“Bəli, “Qəbələ” bütün cəhətlərdə bizi üstələyir. Oturuşmuş heyətləri var, üstəlik, illərdir mükafatçı yerlər uğrunda mübarizə aparıb avrokuboklarda iştirak edirlər. Bu komandaya qarşı oynamaq çətindir. Biz isə yeni yaranmış Birinci Divizion təmsilçisiyik.

Bu cür rəqibə qarşı layiqli mübarizə aparmaq vacibdir. Rəqibin adından çəkinmək olmaz. Gənc futbolçular bu oyunda Premyer Liqaya nə dərəcədə hazır olduqlarını göstərməlidir.

O ki qaldı nəyə ümid etməyimizə, düşündüklərimizi ilk 15 dəqiqə ərzində həyata keçirə bilsək, fikrimcə, sonluq yaxşı olacaq.

Yaxşı başlanğıc vacib şərtdir. Necə olacağını oyun ərzində görəcəyik. Yenə deyirəm, ilk 15 dəqiqədə psixoloji baryeri aşa bilsək, hər şey yaxşı olacaq”.

Bu gün baş tutacaq “Qəbələ” – “Araz Naxçıvan” görüşü saat 15:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı