"Qurban Qurbanov baş məşqçi gətirilir, digər milli komandalara da o nəzarət edir"

29 Mart 14:20 Azarkeş 10 519
"Qurban Qurbanov baş məşqçi gətirilir, digər milli komandalara da o nəzarət edir"

Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı.

Millətlər Liqası yolu ilə uğur əldə edən qonşularımızın həlledici oyunda rəqibi Yunanıstan millisi oldu.

120 dəqiqə qolsuz başa çatan qarşılaşmanın taleyini penaltilər seriyası həll edib.

Burada daha dəqiq olan Villi Sanyolun yetirmələri adını AÇ-2024-ün 24 xoşbəxti arasına yazdıra bildi.

İndi ölkə futbolsevərlərini eyni sual düşündürür: Görəsən, Azərbaycan millisinin də eyni uğuru əldə etməsi üçün nə(lər) lazımdır?

Gündəmin sualına cavab olaraq "Sportinfo"nun "feysbuk" hesabına gələn rəylərin bəzilərini sizinlə bölüşürük:

"Qurban müəllim baş məşqçi olmalıdır. Amma işinə heç kəs qarışmamaq şərtilə".

"Çıxış yolu: AFFA-da hal-hazırda çalışan bütün korrupsionerlər istefaya göndərilir, bir nəfər belə indiki komandadan qalsa belə, nəticə olmayacaq.

"Qurban Qurbanov baş məşqçi gətirilir, digər milli komandalara da o nəzarət edir".

"Bunun üçün milli ruh, təmiz vicdan lazımdır".

"Millidə oynayanlar pul yox, vətən üçün döyüşməlidir. Onda nəticə olacaq".

"Futbolu bilənlər idarə etməlidir. Vicdanla iş görənlər işləməlidir".

"AFFA-da islahatlar (tam tərkibdə) mütləq olmalıdır. Və millinin baş məşqçisi Azər Bağırov olmalıdır".

"AFFA-nı ləğv etmək".

"Qurban Qurbanov proqram hazırlamalıdır. Və futbolumuz həmin proqramla inkişaf etdirilməlidir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"