"Neftçi"ni zəfərə aparan inam - VİDEO FAKT

30 İyul 2022 22:20 Azarkeş 773
"Neftçi"ni zəfərə aparan inam - VİDEO FAKT

"Neftçi" Kiprdə şok yaşadığı "Aris" məğlubiyyətini (0:2) Bakıda unutdurmağı bacardı.

Komanda ideal oynamasa da fərdi ustalıq səviyyəsinin və mübarizə ruhunun hesabına rəqib qapısından lazım olan 3 cavabsız qolu keçirə bildi.

Bu zəfərdə komandanın yanında olan və 90 dəqiqə möhtəşəm dəstək olan fanatların da rolu az olmadı.

Onların inamı qələbənin yarısı oldu da deyə bilərik.

İndi sizə təqdim edəcəyimiz videoda isə bu inamın əyani sübutu var.

Belə ki, ikinci qoldan öncə "Neftçi"li futbolçu topu götürüb, künc zərbəsin yerinə yetirməyə yollanır. Bu an "Forza Neftçi" tribunasında olan fanatlar "qol, qol" deyə şuar səsləndirmə başlayır.

Künc zərbəsindən ötürülən topa Eddi İsrafilov dəqiq baş zərbəsi vuraraq fərqi artırır. Qola gedən yol anbaan fanatların kamerasında əks olunur.

Bunun isə bir adı var - İnam!

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"