"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda "Aris"lə keçirəcəyi cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Sportinfo.az xəbər verir ki, 7 minə yaxın bilet alınıb.
Matçın keçiriləcəyi "Bakcell Arena" 11 min azarkeş tutumuna malikdir.
Bu gün oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

