2 saat tez gəlin, ödəniş yalnız nağd və İsveçrə frankı ilə qəbul ediləcək

27 İyul 2022 13:10 Azarkeş 1 515
2 saat tez gəlin, ödəniş yalnız nağd və İsveçrə frankı ilə qəbul ediləcək

"Qarabağ" azarkeşlərə müraciət edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Sürix” (İsveçrə) - “Qarabağ” matçını izləmək və Azərbaycan təmsilçisini dəstəkləmək istəyənlər sabah oyundan 2 saat əvvəl - İsveçrə vaxtı ilə 17:00-dan 18-30-a qədər “Letsiqrund” stadionunda azarkeşlər üçün ayrılmış B12 və B13 sektorlarının giriş qapılarından bilet ala biləcəkləri qeyd olunub.

Matçın biletinin qiyməti 25 İsveçrə frankıdır. Ödəniş yalnız nağd və İsveçrə frankı ilə qəbul ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti