Avropa Konfrans Liqasına uğursuz start verən “Neftçi” “Aris”ə səfərdə məğlub oldu – 0:2.
“Ağ qaralar” Kiprdəki uğursuzluğu 3 gün sonra “Baksel Arena”da baş tutacaq cavab görüşündə azarkeşlərinə unutdurmağa çalışacaq.
Amma hələki ilk matçdan 4 gün keçməsinə baxmayaraq, komandanın fanatları ilk dəfə avrokuboklarda iştirak edən komandaya məğlubiyyətlə bərabər oynanan bərbad futbolu da həzm etməkdə çətinlik çəkir.
Onlardan biri də Mənsum Abbaslıdır. Redaksiyamızla əlaqə saxlayan Mənsum komandasının hazırkı durumundan urəkağrısı ilə danışıb və saytımız vasitəsi ilə klubun rəhbərliyinə, futbolçularına mesaj göndərib:
“Mən bir dəli “Neftçi” azarkeşi olaraq burdan üzümü ilk öncə “Neftçi” rəhbərliyinə tutub demək istəyirəm ki, nə vaxta qədər gözüyumulu hərəkət edəcəksiniz? “Neftçi” bu qədər zəifdir ki, hansısa məhlə komandasına uduza?
Niyə hansısa məhlə klubu “Neftçi”yə daha çox qol vura bilərdik" deməlidir? Mən baxanda utandım, bəs siz?
Axı dilə ağıza salmalı deyil sevən sevəni. Biz o azarkeş deyilik ki, siz uduzanda sizləri tək qoyaq.
Biz o azarkeşik ki, uduzanda da komandanı dəstəkləyirik. Bəzən bir qırağa çəkilib, göz yaşlarımızı saxlaya bilməyib uşaq tək ağlamışıq.
Bəzən də sevincdən quş kimi uçan azarkeşlərik. Mənim əziz “Neftçi”m, axı biz azarkeşləri bu qədər məyus etmək olmaz.
Emin Mahmudov başda olmaqla bütün futbolçulara burdan demək istəyirəm ki, “Aris”lə oyundakı hiss həyacanımın haqqını 28-i öz meydançamızdakı oynunuzla, növbəti mərhələyə keçməklə ödəyin.
Qarabağlı olub “Neftçi”ni sevən azarkeşi pis etməyə dəyməz . Xahişimizi yerə salmayan Sportinfo.az saytının əməkdaşlarına isə sonsuz təşəkkürümü bildirirəm. Var olasız".
XANOĞLAN / SPORTİNFO.AZ

